188 gün sonra gələn qələbə STATİSTİKA

188 gün sonra gələn qələbə STATİSTİKA

"Sumqayıt"ın Topaz Premyer Liqasındakı qələbəsiz oyunlar seriyası başa çatıb. Siasport.az saytının məlumatına görə, ardıcıl 19 oyundur qələbə qazana bilməyən Aqil Məmmədovun yetirmələri 23-cü turda "Neftçi"ni 2:0 hesabı ilə məğlub etməklə uğursuz seriyaya son qoyublar.

"Gənclik şəhəri" təmsilçisi sonuncu dəfə 3-cü turda qalib gəlmişdi. 2013-cü il avqustun 19-da öz meydanında "Qəbələ"ni 2:1 hesabı ilə məğlub edən "Sumqayıt" 19 matçlıq qələbə həsrətinə 188 gündən sonra son qoyub.

Qeyd edək ki, Azərbaycan çempionatlar tarixində ən uzun qələbəsiz oyunlar seriyaları "Şəfa", "Bakı" (hər ikisi 32), "Energetik" (28) və "Göyəzən"ə (27) məxsusdur.

Bütün xəbərlər Facebook səhifəmizdə