Mustafa Dənizli: "Qalib gəlməli idik"

Mustafa Dənizli: "Qalib gəlməli idik"

Topaz Premyer Liqasının 23-cü turunda AZAL doğma meydanda "Xəzər Lənkəran"la qarşılaşıb. Siasport.az saytının məlumatına görə, matçın gedişində 0:2 hesabı ilə geri düşməyinə baxmayaraq, AZAL əzmkar oyunu ilə 1 xal qazanmağı bacarıb - 2:2. Siasport.az saytı baş məşqçilərin fikirlərini nəzərinizə çatdırır:

Vaqif Sadıqov, AZAL komandasının baş məşqçisi: "Hər iki komandaya qələbə vacib idi. Komandaların turnir cədvəlində tutduğu mövqelər bir-birinə yaxındır. Qalib gəlib irəliləmək istəyirdik. Rəqibin üstün keyfiyyətlərini bilirdik. Oyunun sonunadək yaratdığımız qol imkanlarından istifadə edə bilmədik. Rəqib əlinə düşən imkanlardan maksimum istifadə etdi. Rəqibin kimliyindən asılı olmayaraq, komanda sona kimi mübarizə aparır. Qələbəyə layiq heç-heçə idi, sona kimi oynamalıyıq. Güclü AZAL komandasını formalaşdırırq. Ardıcıl məğlubiyyət komandada psixoloji sıxıntı yaradır. Uğursuz oyunlar seriyasını qırdığımızı düşünürəm".

Mustafa Dənizli, "Xəzər Lənkəran" klubunun baş məşqçisi: "Mübarizə ilə bol olan oyun idi. Yaxşı oynadıq, qol imkanlarımız oldu, qalib gəlməli idik. Hesabda iki topla üstün idik, uşaq səhvlərindən 3 xalı itirdik. Yaxşı oynadığımızı düşünürəm, qalib gəlməli idik. Futbolçuların bəzən həvəskar davranışı olur. Qələbəni əldən verdiyimizə üzülürəm. Mbillanın həm ağzından, həm də ayağından zədələnməsi səbəbi ilə onu əvəzlədik".

Bütün xəbərlər Facebook səhifəmizdə