"Yuventus" klubunun futbolçusu Artur Vidal, mövsümün sonunda komandasını Madrid "Real"ına dəyişə bilər.Siasport.az saytı xəbər verir ki, bu barədə İspaniya mətbuatı yazır. Məlumata görə, çilili futbolçu "Real" (Madrid) klubunun maraq dairəsinə düşüb. "Kral klubu"nun baş məşqçisi Karlo Ançelotti yeni mövsümdən Vidalı komandasında görmək istəyir. 26 yaşlı futbolçunun da "Real"ın təklifini müsbət qarşıladığı bildirilir. "Real" rəhbərliyi təcrübəli futbolçunun keçidi üçün 50 milyon avrosundan keçməyə hazırdır. Turin təmsiçisinin bu təklifi necə qarşılayacağı maraqla gözlənilir. Qeyd edək ki, Vidal 2011-ci ildə "Bayer" (Leverkuzen) klubundan "Yuventus"a transfer olunmuşdu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB