"Bavariya"nın futbolçusu Aryen Robben, UEFA Çempionlar Liqasının 1/8 finalında "Arsenal"ın oyunçusu Sanyanın başına tüpürdüyü ilə bağlı yayılan iddialara münasibət bildirib. Siasport.az saytı xəbər verir ki, hollandiyalı ulduz futbolçu bu qalmaqallı məsələni alman mətbuatına danışıb. O bildirib ki, əslində o belə bir hərəkət etməyib: "Mən ona tüpürmədim. Belə bir şeyi heç vaxt etmərəm. Əgər bu sübut olunarsa, qoy, mənə lap on oyunluq cəza versinlər. Əgər rəqibimin başına tüpürmüş olsaydım, ailəmin üzünə baxa bilməzdim". Robben qeyd edib ki, videolarda və fotolarda olan görüntüdə onun başından tər axıb: "Saçı olan bir insan deyiləm. Matç ərzində tərləmişdim. Görüntüdəki başımdan düşən tərdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB