London "Arsenal"ının müdafiəçisi Bakari Sanyaya, daha bir klub rəsmi təklif göndərib. Siasport.az saytı yazır ki, bu barədə "Sky Sport İtalia" məlumat yayıb. Məlumatda deyilir ki, "Arsenal"ın əzəli rəqiblərindən olan "Liverpul" klubu fransız futbolçunun xidmətində maraqlıdır. Mövsümün sonunda azad agent statusu alacaq 30 yaşlı futbolçu hələlik Liverpul"un təklifinə heç bir münasibət bildirməyib. Təcrübəli futbolçunun mövsümün sonunda "Arsenal"da qalacağı da istisna olunmur. Qeyd edək ki, 2007-ci ildən "Arsenal"ın şərəfini qoruyan Sanya ilə "Milan" və "Napoli" klubları da yaxından maraqlanır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB