Norveç Soçi Olimpiadasının medal sıralamasında yenidən lider oldu

Norveç Soçi Olimpiadasının medal sıralamasında yenidən lider oldu

Norveç millisi XXII Soçi Qış Olimpiya Oyunlarının medal sıralamasında yenidən birinci pilləyə yüksəlib. Siasport.az saytının məlumatına görə, 88 ölkədən 2800-dən artıq idmançının qatıldığı Olimpiya Oyunlarında Norveç millisinin hesabında 10 qızıl, 4 gümüş və 7 bürünc medal var.

Almaniya yığması 16 medalla (8-4-4) ikinci, ABŞ millisi isə 23 medalla (7-5-11) üçüncü pillədə qərarlaşıb.
Olimpiya Oyunlarına fevralın 23-də yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə