Bakıda “K-1” döyüş növü üzrə dünya “Qran-pri” yarışlarının final mərhələsi keçiriləcək

Bakıda “K-1” döyüş növü üzrə dünya “Qran-pri” yarışlarının final mərhələsi keçiriləcək

Fevralın 23-də "Sərhədçi" Olimpiya İdman Kompleksində "K-1" döyüş növü üzrə dünya "Qran-pri" yarışlarının final mərhələsi keçiriləcək. Siasport.az saytının məlumatına görə, "Best of the Best" şirkətinin təşkilatçılığı ilə keçiriləcək mötəbər yarışda bir sıra məşhur idmançılar iştirak edəcəklər. Turnirin reqlamentinə əsasən, əsas görüşlərdən əvvəl reytinq döyüşləri baş tutacaqdır.

Yarışda 63 kiloqram çəki dərəcəsində Amil Şahmarzadə (Azərbaycan) Zakaria Zouharri (Mərakeş), 83 kiloqram çəki dərəcəsində Ruslan Kobzev (Rusiya) Dennis İppema (Niderland), 72 kiloqram çəki dərəcəsində Babək Rüstəmov (Azərbaycan) Miodrag Olar (Rumıniya), 71 kiloqram çəki dərəcəsində Alim Nəbiyev (Ukrayna) Çad Sugden (Böyük Britaniya), 70 kiloqram çəki dərəcəsində Ziya Bayramov (Azərbaycan) Omar Al Amrani (Mərakeş), 70 kiloqram çəki dərəcəsində İsmət Ağazadə (Azərbaycan) Cedric Manhoef (Suriya), 85 kiloqram çəki dərəcəsində Samet Kesser (Türkiyə) Lazar Daniel (Rumıniya), 72 kiloqram çəki dərəcəsində Tural Bayramov (Azərbaycan) Marco Groh (Almlaniya), 95 kiloqram çəki dərəcəsində Moises Bautu (İspaniya) Fabian Gondorf (Niderland), 100 kiloqramdam yuxarı çəki dərəcəsində Ağalar Sadıxzadə (Azərbaycan) Corc Kolin (Suriya) ilə döyüşəcək.
Gecənin əsas döyüşlərində məşhur Buakav Bançamek iştirak edəcək. Tailand idmançısının rəqibi Sung Hyung Le (Koreya Respublikası) olacaq.
Digər yarımfinal görüşündə kanadalı Şane Kampbell Almaniya idmançısı Enriko Kehlə qarşı yarışacaq.
Turnirin fəxri qonaqları "K-1"in ulduz simaları Bədr Xari, Remi Bonjaski, Gokhan Saki və Melvin Manhuf olacaqlar.
Turnir 80 televiziya kanalı vasitəsilə 155 ölkədə yayımlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə