Milinko Pantiç: "Xəzər Lənkəran" maraqlı oyun göstərdi"

Milinko Pantiç: "Xəzər Lənkəran" maraqlı oyun göstərdi"

Topaz Premyer Liqasının 22-ci turunda "Bakı" səfərdə "Xəzər Lənkəran"la qarşılaşıb. Siasport.az saytının məlumatına görə, rəqibini 2:0 hesabı ilə məğlub edən paytaxt təmsilçisi turnir cədvəlində üçüncü pilləyə yüksəlib. Baş məşqçilərin oyun barədə fikirlərini nəzərinizə çatdırırıq:

Milinko Pantiç, "Bakı" klubunun baş məşqçisi: "Çox maraqlı və gəirgin oyun keçdi. Qalib gəldiyimiz üçün şadam, buna görə komandaya minnətdaram. "Xəzər Lənkəran" maraqlı oyun göstərdi, yeni məşqçisi, yaxşı komandaları var. Onlara gələcək oyunlarda uğurlar arzulayıram. Hakimlər oyunu yaxşı idarə etdilər".

Mustafa Dənizli, "Xəzər Lənkəran" klubunun baş məşqçisi: "Azərbaycanda ilk məğlubiyyətimi aldım. Demirəm ki, yaxşı oynadıq, səhvlərimiz çox oldu. Adətən qollar buraxılan səhvdən vurulur. Bir qol buraxdıqdan sonra hesabı bərabərləşdirmək üçün irəli atıldıq, lakin qapımızdan ikinci qolu buraxdıq. Məğlubiyyətin olacağını bilirdik, bu tura təsadüf etdi. "Bakı" da bizim kimi oyuna hücumlarla başladı. Biz məğlub olduq, "Bakı"ya qarşıdakı oyunlarda uğurlar arzulayıram".

Bütün xəbərlər Facebook səhifəmizdə