“Neftçi”nin müraciəti təmin olunmadı

“Neftçi”nin müraciəti təmin olunmadı

AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin iclası keçirilib. Siasport.az saytının məlumatına görə, iclasda İntizam Komitəsinin "Neftçi"nin futbolçuları (Tərlan Quliyev, Bruno Bertuççi, Mahir Şükürov, Karlos Kardoso) və vitse-prezidenti Tahir Süleymanov barədə qəbul etdiyi qərarlar ilə bağlı klubun müraciətinə baxılıb. Aparılmış müzakirələrdən sonra aşağıdakı qərar qəbul edilib:

1. "Neftçi" PFK barədə AFFA-nın İntizam Komitəsinin 11.02.2014-cü il tarixli qərarı qüvvədə saxlanılsın.

Bütün xəbərlər Facebook səhifəmizdə