Azərbaycan xizəkçisi Soçi Qış Olimpiya Oyunlarında növbəti mərhələyə yüksəlib
Soçidə keçirilən XXII Qış Olimpiya Oyunlarında kişilər arasında dağ xizək yürüşünün böyük slalom növündə 1-ci mərhələ yekunlaşıb. Siasport.az saytının məlumatına görə, yarışda Azərbaycan idmançısı Patrik Braxner 59-cu nömrə altında mübarizəyə qoşulub və məsafəni 1 dəqiqə 31,32 saniyəyə qət edib. Xizəkçimiz 109 idmançı arasında 60-cı pillədə qərarlaşıb.
İdmançımız 2-ci ikinci mərhələdə iştirak etmək hüququ qazanıb. P.Braxner bu mərhələdə 60-cı nömrə altında yarışacaq.
İkinci mərhələdə ümumilikdə 79 idmançı birincilik uğrunda mübarizə aparacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB