Fevralın 19-dan martın 3-dək İspaniyanın paytaxtı Madriddə 1999-cu il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı keçiriləcək. Siasport.az saytının məlumatına görə, İspaniyaya yollanan futbolçular arasında "Xəzər Lənkəran" akademiyasının da iki üzvü var. Sabah Madridə yola düşüəcək İbrahim Qədirzadə və Yusif Həsənov "Xəzər Lənkəran"ın U-15 komandasının yetirmələri kimi millinin heyətinə cəlb olunublar.
Qeyd edək ki, bu yaş qrupuna aid olan yığmamız 2016-cı ildə Bakıda təşkil olunacaq 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsində mübarizə aparacaq.
Bundan əlavə, "Xəzər Lənkəran"ın 3 futbolçusu U-19 yığmasının təlim-məşq toplanışına dəvət alıb. 24-28 fevral 2014-cü il tarixidə baş tutacaq toplanışda Mirafiq Həsənzadə, İlyas Səfərzadə və Elnur Cəfərov iştirak edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB