"Barselona" sensasiyaya imkan vermədi, İbrahimoviç almanlara divan tutdu
Dünən axşam UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına start verilib. Siasport.az saytı xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub. Son Fransa çempionu "PSJ" futbol klubu Almaniyada Leverkuzen "Bayer"inin qonağı olub. özünü heç də qonaq kimi aparmayan Paris klubu, alman rəqibini 4:0 hesabı ilə darmadağın edib. "PSJ"-nin isveçli ulduz futbolçusu Zlatan İbrahimoviç görüşdə dubl edib. Günün maraq doğuran oyunlarından biri Mançesterdə baş tutub. Burada yerli "Mançester Siti" klubu "Barselona" ilə münasibətlərinə aydınlıq gətirib. Qarşılaşma 2:0 hesabı ilə qonaqların xeyrinə başa çatıb. Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunlarına fevralın 26-da yekun vurulacaq.
18 fevral
Çempionlar Liqası, 1/8 finalın ilk oyunları
23:45. "Mançester Siti" (İngiltərə) - "Barselona" (İspaniya) - 0:2
Qollar: Messi, 54-pen. (0:1), Alveş, 89 (0:2)
Qırmızı vərəqə: Demişelis, 53 ("Mançester Siti")
23:45. "Bayer" (Leverkuzen, Almaniya) - PSJ (Fransa) - 0:4
Qollar: Matudi, 3 (0:1), İbrahimoviç, 39-pen. (0:2), 42 (0:3), Kabaye, 88 (0:4)
Qırmızı vərəqə: Spahiç, 59 ("Bayer" (Leverkuzen) )
19 fevral
23:45. "Arsenal" (İngiltərə) - "Bavariya" (Almaniya)
23:45. "Milan" (İtaliya) - "Altetiko" (Madrid, İspaniya)
25 fevral
23:45. "Olimpiakos" (Yunanıstan) - "Mançester Yunayted" (İngiltərə)
21:00. "Zenit" (Rusiya) - "Borussiya" (Dortmund, Almaniya)
26 fevral
23:45. "Qalatasaray" (Türkiyə) - "Çelsi" (İngiltərə)
23:45. "Şalke" (Almaniya) - "Real" (Madrid, İspaniya)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB