Azərbaycan xizəkçisi Soçi Qış Olimpiya Oyunlarında çıxış edib

Azərbaycan xizəkçisi Soçi Qış Olimpiya Oyunlarında çıxış edib

Soçidə XXII Qış Olimpiya Oyunları davam edir. Siasport.az saytının məlumatına görə, Olimpiya Oyunlarının 13-cü günündə kişilər arasında dağ xizək yürüşünün böyük slalom növündə yarışlar başlayıb.

Yarışda Azərbaycan idmançısı Patrik Braxner 59-cu nömrə altında mübarizəyə qoşulub. O, məsafəni 1 dəqiqə 31,32 saniyəyə qət edib. Xizəkçimiz hazırda 109 idmançı arasında 52-ci pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə