Bu gün "Bakı" klubu Topaz Premyer Liqasının 22-ci turu çərçivəsində səfərdə "Xəzər Lənkəran"la qarşılaşacaq. Siasport.az saytının məlumatına görə, dünən bakılılar oyunöncəsi son məşqini keçirib.
Saat 11:20-də başlayan hazırlığa yüngül qaçışla start verilib. Ardından müxtəlif isinmə və dartınma hərəkətləri icra olunub. Vacib görüş ərəfəsində yetirmələrini çox yormayan baş məşqçi Milinko Pantiç ardından "kvadrat" oynamaq tapşırığı verib. Daha sonra isə futbolçular ikitərəfli oyunda sınanıb.
Qeyd edək ki, zədəsini sağaltmaqla məşğul olan Şəhriyar Əliyev yüngül qaçışla kifayətlənib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB