Sabunçu rayonu Böyükşor şosesində yeni inşa olunan olimpiya stadionundan oğurluq edənlər yaxalanıblar. Siasport.az saytının məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata əsasən, yeni inşa olunan olimpiya stadionundan 60 ədəd 4 metrlik armatur oğurlamış Bakı şəhər sakinləri Bayram Dekanadze və əvvəllər məhkum olunmuş Tahir Bədəlov Baş Mühafizə İdarəsi əməkdaşları tərəfindən saxlanılıb və Sabunçu RPİ 12-ci PB-yə təhvil veriliblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB