Qadın voleybol komandaları arasında Azərbaycan Super Liqası yarışlarının X turu çərçivəsində bir oyun keçirilib. Siasport.az saytının məlumatına görə, Azərbaycan Voleybol Mərkəzində baş tutan oyunda "Azəryol" komandası "Lokomotiv" kollektivini qəbul edib.
Rəqibini 3:1 hesabı ilə məğlub edən "Azəryol" komandası hesabındakı xalları 18-ə çatdıraraq, turnir cədvəlinin ikinci pilləsinə yüksəlib.
Birinci yerdə qərarlaşmış "Rabitə"nin də hesabında 18 xal olsa da, o, rəqibini setlərin fərqinə görə üstələyir. "İqtisadçı" komandası isə 16 xalla üçüncü pillədədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB