Madrid "Real"ının baş məşqçisi Karlo Ancelotti, həmyerlisi Mario Balotelli barədə danışıb. Siasport.az saytı xəbər verir ki, İtaliyanın nüfuzlu "Corriere Dello Sport" nəşrinə açıqlma verən Madrid klubunun italyan baş məşqçisi bildirib ki, o dünya səviyyəli ulduz və peşəkar futbolçu olmaq üçün Kriştiyanu Ronaldodan ibrət götürməlidir, onun necə futbol oynadığını, özünü necə professional şəkildə apardığını diqqətlə izləməlidir. K.Ancelotti vurğulayıb ki, M.Balotelli özünü daha çox ərköyün uşağ kimi aparır ki, bunun da peşəkar futbolçu imicinə ancaq ziyanı dəyə bilər. K.Ancelotti, M.Balotellenin istedadlı olmaqla yanaşı, peşəkar futbol elmini öyrənməsinin onun gələcəyi üçün böyük əhəmiyyət daşıdığını dilə gətirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB