UEFA "Avro-2016"da növbəti dəyişiklik edib. Siasport.az saytı xəbər verir ki, bu dəfəki dəyişiklik seçmə mərhələnin formatında olub. Əvvəl bu mərhələnin oyunları həftənin cümə və çərşənbə axşamı günləri oynanılırdısa, bundan sonra seçmə mərhələnin matçları altı günə bölünəcək. Bununla da futbolsevərlər həftədə iki yox, altı dəfə seçmə oyunları izləyə biləcək. Matçların bəziləri çərşənbə və bazar, cümə və bazar ertəsi, şənbə və çərşənbə axşamı keçiriləcək. UEFA-nın prezidenti Mişel Platini yeni sistemin hər kəs tərəfindən bəyəniləcəyini deyib: "Bu qərarla daha bir gecədə 20-30 matç keçirmək məcburiyyətinə qalmayacağıq və azarkeşlər rahat şəkildə oyunları izləyə biləcəklər". Qeyd edək ki, bundan əvvəl UEFA turnirin ev sahibi Fransa millisinin "Avro-2016"da final mərhələsindən deyil, seçmə mərhələdən iştirak etməsi ilə bağlı qərar verib. Lakin ev sahibi komandanın seçmə mərhələdəki nəticələri hələlik rəsmən qeydə alınmayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB