XXII Soçi Qış Olimpiya Oyunlarında qadınlar arasında dağ xizək yürüşünün böyük slalom növündə mükafatçılar müəyyənləşib. Siasport.az saytının məlumatına görə, Sloveniya xizəkçisi Tina Maze məsafəni 2 dəqiqə 36,87 saniyəyə qət edərək Qış Olimpiya Oyunlarında ikinci qızıl medalını qazanıb.
Avstriya idmançısı Anna Fenninger gümüş, almaniyalı Viktoriya Rebensburq bürünc medala sahib olub.
Qeyd edək ki, T.Maze dağ xizək yürüşünün sürətli eniş yarışlarında da fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB