Qısa müddətdir fəaliyyətə başlayan "Qəbələ" İdman Klubunun taekvondo bölməsi ilk uğuruna imza atıb. Siasport.az saytının məlumatına görə, gənclər arasında Sumqayıt açıq birinciliyinə qatılan idmançılar yarışı 1 qızıl və 1 gümüş medalla yekunlaşdırıblar. Bütün rəqiblərini məğlub edən Kənan Qasımov 73 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 51 kq-da mübarizə aparan Əli Məmmədov isə turnirin gümüş medalına sahib olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB