Millimiz “Luxor Open” turnirində 6 medal qazanıb

Millimiz “Luxor Open” turnirində 6 medal qazanıb

Misir Ərəb Respublikasının Luksor şəhərində keçirilmiş taekvondo üzrə "Luxor Open" turniri başa çatıb. Siasport.az saytının məlumatına görə, turnir millimiz üçün uğurlu olub. Böyüklərdən ibarət milli komandamız 3-ü qızıl, 3-ü isə bürünc olmaqla ümumilikdə 6 medal qazanıb. Azərbaycan millisinin üzvləri Mikayıl Əliyev (-54 kg), İlkin Şahbazov (74-kg) və Fəridə Əzizova (-67 kg) yarışın qalibi olublar.

Taekvondoçularımızdan Samir Aydınov (-54 kg), Ramin Əzizov (-80 kg) və Radik İsayev (-87 kg) isə G-2 dərəcəli turniri bürünc medalla başa vurublar.
Komanda hesabında millimiz 2-ci yerə layiq görülüb.
Qeyd edək ki, Azərbaycan milli komandası fevralın 19-da Vətənə dönəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə