22-ci turun iki oyunu canlı yayımlanacaq

22-ci turun iki oyunu canlı yayımlanacaq

Topaz Premyer Liqasının 22-ci turunun iki oyunu canlı yayımlanacaq. Siasport.az saytının məlumatına görə, "Rəvan" - "Qarabağ" və AZAL - "Qəbələ" matçları "İdman Azərbaycan" kanalı ilə efirə veriləcək.

Qeyd edək ki, oyunlar fevralın 19-da baş tutacaq. AZAL - "Qəbələ" görüşü saat 15:00-da, "Rəvan" - "Qarabağ" qarşılaşması isə saat 17:00-da başlayacaq.

19 fevral (çərşənbə)

"Rəvan" - "Qarabağ"

Bayıl Arena stadionu, 17:00 (canlı, "İdman Azərbaycan")

AZAL - "Qəbələ"

AZAL Arena stadionu, 15:00 (canlı, "İdman Azərbaycan")

Bütün xəbərlər Facebook səhifəmizdə