Soçi Olimpiadasının medal sıralamasında Almaniya liderliyini davam etdirir MEDALLAR CƏDVƏLİ
Almaniya millisi XXII Soçi Qış Olimpiya Oyunlarının medal sıralamasında birinci pillədəki mövqeyini davam etdirir. Siasport.az saytının məlumatına görə, 88 ölkədən 2 min 800-dən artıq idmançının qatıldığı Olimpiya Oyunlarında Almaniya millisinin hesabında 8 qızıl, 3 gümüş və 2 bürünc medal var.
Rusiya yığması 19 medalla (5-8-6) ikinci, Niderland millisi isə 17 medalla (5-5-7) üçüncü pillədə qərarlaşıb.
XXII Qış Olimpiya Oyunlarında artıq 26 ölkədən idmançılar medal qazanıblar.
Olimpiya Oyunlarına fevralın 23-də yekun vurulacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB