"Neftçi" "Bakcell U-14 Elit Kuboku" turnirinin qalibi olub VİDEO - FOTOSESSİYA

"Neftçi" "Bakcell U-14 Elit Kuboku" turnirinin qalibi olub VİDEO - FOTOSESSİYA

"Neftçi" komandası "Bakcell U-14 Elit Kuboku" turnirinin qalibi adını qazanıb. Siasport.az saytının məlumatına görə, turnirin final oyunu Bayıl stadionunda keçirilib. "İnter" klubunun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan "Neftçi" 2:0 hesabı ilə qalib gələrək, "Bakcell U-14 Elit Kuboku" turnirinin qalibi olub.

Final oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Mükafatları AFFA-nın baş katibi Elxan Məmmədov, "Bakcell" şirkətinin nümayəndələri Fərid Dadaşov və Ayaz Əhmədov, Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti İskəndər Cavadov, Azərbaycan milli komandasının üzvləri Vaqif Cavadov və Rauf Əliyev, "Neftçi" Peşəkar Futbol Klubunun prezidenti Sadıq Sadıqov və "İnter" Peşəkar İdman Klubunun kənar-idarəçisi Georgi Nikolov təqdim ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə