Soçidə keçirilən XXII Qış Olimpiya Oyunlarında fiqurlu konkisürmə yarışlarında qalib müəyyənləşib. Siasport.az saytının məlumatına görə, "Aysberq" Qış İdman Sarayında keçirilən yarışda 20 cütlük birincilik uğrunda mübarizə aparıb. Yarışda Azərbaycanı Yuliya Zlobina - Aleksey Sitnikov cütlüyü təmsil edib.
Bir gün əvvəl idmançılar qısa proqramla çıxış ediblər. 24 cütlüyün mübarizə apardığı yarışda Yuliya Zlobina - Aleksey Sitnikov cütlüyü 13-cü nömrə altında çıxış edib və 58,15 xal toplayaraq 14-cü pillədə qərarlaşıblar. Qısa proqramda çıxış edən idmançılardan ilk iyirmiliyə daxil olan cütlüklər sərbəst proqramda iştirak hüquq qazanıblar.
Fevralın 17-də 8-ci nömrə altında mübarizə aparan cütlüyümüzün sərbəst proqramla rəngarəng çıxışı azarkeşlər tərəfindən hərarətli alqışlarla qarşılanıb və Yuliya Zlobina - Aleksey Sitnikov dueti 90,48 xal toplayıb.
Hər iki çıxışın nəticəsinə əsasən, 148,63 xal toplayan Yuliya Zlobina - Aleksey Sitnikov cütlüyü Soçi Qış Olimpiya Oyunlarını 12-ci pillədə başa vurub.
Yarışın qalibi iki çıxışın nəticəsinə görə, 195,52 (78,89 + 116,63) xal toplayan ABŞ-dan olan cütlük Meril Devis - Çarli Uayt olub. Kanadalı cütlük Tessa Virçu - Skott Moyr (76,33 +114,66) gümüş, Rusiya idmançıları Yelena İlinıx - Nikita Kaçalapov (73,04 + 183,48) isə bürünc medala sahib olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB