“Mançester Siti” – “Barselona” oyununu isveçli hakim idarə edəcək

“Mançester Siti” – “Barselona” oyununu isveçli hakim idarə edəcək

UEFA, bu həftə baş tutacaq Çempionlar Liqasının 1/8 final mərhələsinin dörd oyunu üçün hakim təyinatlarını açıqlayıb. Siasport.az saytı xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb. Məlumata əsasən, bu gün keçiriləcək "Mançester Siti" – "Barselona" qarşılaşmasını isveçli Yonas Erikssonun başçılıq etdiyi hakimlər briqadası idarə edəcək. Bu axşam baş tutacaq digər qarşılaşma – "Bayer" - PSJ oyununun baş hakimi isə macar Viktor Kaşşai olacaq. Fevralın 19-da keçiriləcək "Arsenal" – "Bavariya" matçına baş hakim qismində italiyalı Nikola Ritsoli, "Milan" - "Atletiko" görüşünə isə portuqaliyalı Pedru Proensa təyinat alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə