Topaz Premyer Liqasının XXI turu "Xəzər Lənkəran"ın 2 futbolçusu üçün yubiley qolu ilə əlamətdar olub. Siasport.az saytının məlumatına görə, "Qəbələ" ilə səfər oyununda bərabərlik qolunu vuran Sadio Tounkara ağ-yaşıl formada 10-cu dəfə rəqib qapısına yol tapıb.
Malili futbolçu qollarından 8-ni çempionatda vurub: 2011/12 - 1 qol, 2012/13 - 5 qol, 2013/14 - 2 qol. Yarımmüdafiəçi digər iki qolunu cari mövsüm Azərbaycan kuboku yarışında rəqib qapısından keçirib.
Qəbələdəki matçda "Xəzər Lənkəran"ın ikinci qolunu vuran Etame Mbilla da 10-a çatıb. Lakin legioner bununla kifayətlənməyib və qələbə qolu ilə 11-ci dəfə "Xəzər Lənkəran" fanatlarını sevindirib. Bununla da Etame ötən tur 11-ci qolunu vuran Skarlatakeyə çatıb.
Mbilla bütün qollarını cari mövsümdə vurub. Legioner 8 dəfə çempionat, 2 dəfə kubok, 1 dəfə Superkubokda topu qapıdan keçirib.
"Xəzər Lənkəran" tarixində 10 və daha çox qol vuranlar:
|
1 |
Zaur Ramazanov |
44 |
|
2 |
Samir Əliyev |
34 |
|
3 |
Rahid Əmirquliyev |
27 |
|
4 |
Mario Souza |
26 |
|
5 |
İvan Tsvetkov |
24 |
|
6-8 |
Vüqar Nadirov |
18 |
|
|
Rəşad Abdullayev |
18 |
|
|
Oqtay Dərəlioğlu |
18 |
|
9-10 |
Allan Lalin |
14 |
|
|
Branimir Subaşiç |
14 |
|
11 |
Edmond N'Tiamoa |
13 |
|
12-14 |
Emin Quliyev |
12 |
|
|
Alim Qurbanov |
12 |
|
|
Uinston Parks |
12 |
|
15-18 |
Etame Mbilla |
11 |
|
|
Adrian Manuel Skarlatake |
11 |
|
|
Junior Osvaldo |
11 |
|
|
Emeka Opara |
11 |
|
19 |
Sadio Tounkara |
10
|
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB