Madrid "Atletiko"su daha bir futbolçu ilə hazırkı müqavilənin müddətini uzatmağa qərar verib. Siasport.az saytı xəbər verir ki, Arda Turanın komandası futbolçusu Raul Qarsiya ilə müqaviləni yeniləyib. İspaniya mətbuatı yazır ki, yarımmüdafiəçi ilə 2015-ci ildə başa çatacaq sözləşmənin müddəti daha üç il uzadılıb. Qeyd edək ki, Avropanın bir çox klubunun maraqlandığı R.Qarsiya bu mövsüm Madrid klubu ilə 32 matçda oynayıb və 13 qol vurub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB