Joze Mourinyo "Qalatasaray"da cəsus axtarır...

Joze Mourinyo "Qalatasaray"da cəsus axtarır...

"Çelsi"nin baş məşqçisi Joze Mourinyo barədə daha bir qalmaqallı məlumat ortaya çıxıb. Siasport.az saytı xəbər verir ki, sən demə portuqaliyalı mütəxəssis, UEFA Çempionlar Liqasında "Çelsi"nin rəqibi olan "Qalatasaray"ın futbolçusu Uesli Sneyderdən İstanbul klubu haqda məlumat öyrənmək istəyib. Türkiyə mətbuatı yazır ki, Kriştianu Ronaldonun həmyerlisi olan portuqaliyalı çalışdırıcı, Çempionlar Liqasının 1/8 finalında "Qalatasaray"la rəqib olduğdan sonra keçmiş oyunçusuna zəng edib. Hollandiya yarımmüdafiəçidən "Cim-Bom" haqda məlumat almaq istəyən Mourinyo buna nail ola bilməyib. Sneyder deyib ki, onun verdiyi heç bir sualı cavablandırmayıb: "Püşkatamdan iki dəqiqə sonra telefonuma zəng gəldi. Mourinyo mənə bəzi suallar verdi. Komandanın taktikası, oyunçular haqda soruşdu. Ancaq ona heç nə demədim. Mourinyo məni aldada bilmədi".

Bütün xəbərlər Facebook səhifəmizdə