Fiqurlu konkisürənlərimiz XXII Qış Olimpiya Oyunlarında 14-cü oldular

Fiqurlu konkisürənlərimiz XXII Qış Olimpiya Oyunlarında 14-cü oldular

Soçidə keçirilən XXII Qış Olimpiya Oyunlarının 10-cu günündə cütlüklər arasında fiqurlu konkisürmə üzrə yarışlar keçirilib. Siasport.az saytının məlumatına görə, "Aysberq" Qış İdman Sarayında keçirilən yarışda fiqurlu konkisürənlər qısa proqramla çıxış ediblər. Azərbaycan idmançıları Yuliya Zlobina - Aleksey Sitnikov cütlüyü 13-cü nömrə altında mübarizəyə qoşulublar. 24 cütlüyün mübarizə apardığı yarışda idmançılarımız 58,15 xalla 14-cü pillədə qərarlaşıblar.

Duetimiz bu gün sərbəst proqram üzrə yarışacaq.
Qeyd edək ki, qısa proqramın qalibi 78,89 xalla ABŞ idmançıları Meril Deyvis - Çarli Uayt cütlüyü olub. Kanadalı Tessa Virtue - Skott Moyr cütlüyü 76,33 xalla ikinci, Rusiya təmsilçiləri Elena İlinix - Nikita Katsalapov cütlüyü isə 73,04 xalla üçüncü yeri tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə