“Sərhədçi Kuboku” turniri başlayıb

“Sərhədçi Kuboku” turniri başlayıb

Novxanıdakı "Sərhədçi" Atçılıq Mərkəzində atçılığın konkur növü üzrə M*-S* kateqoriyalı "Sərhədçi Kuboku" turniri başlayıb. Siasport.az saytının məlumatına görə, əvvəlcə idmançılar 1,25 metr hündürlükdəki maneələri dəf edirlər. Bu yarışda 10 çapar 12 atla mübarizə aparır.
İkinci yarışda idmançılar hündürlüyü 1,40 metr olan maneələri dəf edəcəklər. Bu mərhələdə isə 6 idmançı 9 atla birincilik uğrunda yarışacaq.
Ümumi mükafat fondu 5 min manat olan yarışa yerli hakimlər kollegiyası nəzarət edir.

Bütün xəbərlər Facebook səhifəmizdə