Tuğrul Erat Bundesliqada ikinci qolunu vurdu

Tuğrul Erat Bundesliqada ikinci qolunu vurdu

Azərbaycan milli komandasının futbolçusu Tuğrul Erat Almaniya II Bundesliqasında növbəti oyununda qol vurub.Siasport.az saytı xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət yığmamızın hücumçusu şərəfini qoruduğu Düsseldorf "Fortuna"sının heyətində "Union"la matça çıxıb. XXI turun ev oyununa start heyətində başlayan Erat 90 dəqiqə meydanda olub. Yığmamızın futbolçusu qarşılaşmanın 35-ci dəqiqəsində hesabı açsa da, qonaqlar bərabərlik qolunu vura biliblər, – 1:1.

Bu xal itkisindən sonra hesabında 27 xal olan "Fortuna" 18 komanda arasında 10-cu yerdə qərarlaşıb. Qeyd edək ki, yığmamızın hücumçusu II Bundesliqada 5-ci oyununda 2-ci qolunu vurub. Erat 2013-cü il dekabrın 14-də "Enerji" ilə matçda qol hesabını açmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə