Gəncədə Vüqar Həşimovun xatirəsinə həsr olunmuş sürətli şahmat turniri keçirilir
Gəncədə beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş sürətli şahmat turnirinə start verilib. Siasport.az saytının məlumatına görə, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin, Uşaq-Gənclər Şahmat-Dama Məktəbinin birgə təşkil etdikləri turnirə 200-dən artıq məktəbli qatılıb.
Turnirin açılış mərasimində dünya şöhrətli qrossmeysterin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şahmat-Dama Məktəbinin direktoru, Əməkdar Məşqçi Asif Həsənov çıxış edərək sürətli şahmat üzrə dünya çempionunun keçirdiyi görüşlərdən, qazandığı uğurlardan danışıb.
Daha sonra üç qrupda keçiriləcək turnirin şərtləri barədə iştirakçılara məlumat verilib.
FİDE qaydalarına uyğun olaraq İsveçrə sistemi üzrə 7 turdan ibarət keçiriləcək turnirə fevralın 16-da yekun vurulacaq. Qaliblərə diplomlar, medallar və xatirə hədiyyələri təqdim olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB