Kaxaber Sxadadze: "Vaqif Cavadovun yoxluğu, Aleksandr İaşvilinin oyuna zədəli çıxması öz təsirini göstərdi"
"Simurq"la Zaqatalada oyunlarımız həmişə çətin olur. Psixoloji cəhətdən bizim futbolçular oyuna daha yaxşı köklənmişdi. Bu da qələbə qazanmağımızda əsas rol oynadı". Siasport.az saytının məlumatına görə, bu sözləri Topaz Premyer Liqasının 21-ci turunun "Simurq" - "İnter" (0:1) matçından sonra qonaqların baş məşqçisi Kaxaber Sxadadze deyib. O, matç haqqında fikirlərini bildirib: "Simurq" bundan öncəki oyunlarda məğlub olduğu üçün ilk üçlüyə düşmək şansları azalıb. Yaxşı oynadıq, ilk hissədə bir neçə qol imkanımız oldu, lakin son vuruşları dəqiq yerinə yetirə bilmədik. Vaqif Cavadovun yoxluğu, Aleksandr İaşvilinin oyuna zədəli çıxması öz təsirini göstərdi. Əvəzetməmizin uğurlu olmasını qeyd etməliyəm, ilk toxunuşla qapıya qol vurdu. Növbəti 3 oyunumuz mükafatçılar sırasına düşüb-düşməyəcəyimizi göstərəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB