Darya Domraçeva XXII Qış Olimpiadasında 2-ci qızıl medalı qazandı

Darya Domraçeva XXII Qış Olimpiadasında 2-ci qızıl medalı qazandı

Soçidə keçirilən XXII Qış Olimpiya Oyunlarında qadınlar arasında biatlon üzrə 15 kilometr məsafəyə yürüşdə qalib müəyyənləşib. Siasport.az saytının məlumatına görə, belaruslu Darya Domraçeva bütün rəqiblərini qabaqlayaraq Olimpiya Oyunlarının qızıl medalını qazanıb. Gümüş medala isveçrəli Selina Qasparin, bürünc mükafata isə belaruslu Nadejda Skardino sahib olub.

D.Domraçeva Soçi Qış Olimpiya Oyunlarının biatlon üzrə 10 kilometr məsafəyə yürüş yarışlarında da fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə