"Mançester Yunayted"in 250 milyonluq transfer büdcəsi!

"Mançester Yunayted"in 250 milyonluq transfer büdcəsi!

İngiltərə mətbuatı, bu mövsüm tarixinin ən uğursuz çıxışını edən "Mançester Yunayted" klubu barədə yeni informasiya dərc edib. Siasport.az saytı xəbər verir ki, məlumata əsasən "qırmızı şeytanlar" yayda transferlərə yüksək məbləğdə pul xərcləməyi planlaşdırır. Məlumata görə, "qırmızı şeytanlar" transferlərə 250 milyon avro büdcə ayırıb. Heyətində ulduz oyunçuların az olduğu klub komandaya yeni futbolçular cəlb etməklə yeni mövsümdən çempionluq uğrunda mübarizə aparmaq niyyətindədir. Komanda rəhbərliyi bununla da, acınacaqlı vəziyyəti aradan qaldırmaq və "Mançester Yunayted"in həm İngiltərə çempionatında, həm də UEFA Çempionlar Liqasında yüksəlişə keçməsi üçün əməli addım atmağı planlaşdırır. Qeyd edək ki, "Mançester Yunayted" hazırda Premyer Liqada 42 xalla 7-ci pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə