Millinin məşqçiləri Azərbaycan çempionatının oyunlarını izləyəcəklər

Millinin məşqçiləri Azərbaycan çempionatının oyunlarını izləyəcəklər

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts, baş məşqçinin köməkçisi Volfqanq Rolff və qapıçılar üzrə məşqçi Ulrix Ştayn fevralın 15-də Topaz Premyer Liqasının XXI turu çərçivəsində keçiriləcək 2 oyunu izləyəcək. Siasport.az saytının məlumatına görə, onlar "Bakı" - "Neftçi" və "Qarabağ" - AZAL oyunlarında stadionda olacaqlar. Milli komandanın məşqçisi Aslan Kərimov isə həmin gün Sumqayıt şəhərində keçiriləcək "Sumqayıt" - "Rəvan" qarşılaşmasını izləyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə