Cüdo üzrə milli komandamızın baş məşqçisi ilə müqavilə niyə uzadılmadı?

Cüdo üzrə milli komandamızın baş məşqçisi ilə müqavilə niyə uzadılmadı?

Azərbaycan Cüdo Federasiyası (ACF) milli yığma komandamızın baş məşqçisi, avstriyalı mütəxəssis Peter Zayzenbaher ilə yollarını ayırıb. Bununla bağlı ACF-nin mətbuat xidmətinin rəhbəri Ceyhun Kələntərovla əlaqə saxladıq. Federasiyanın sözçüsü baş məşqçi ilə müqavilənin bitdiyini və uzadılmadığını qeyd etdi. O, 1 il müddətinə olan müqavilənin uzadılmamasının səbəblərini açıqlamadı. Bu barədə rəsmi məlumat veriləcəyini deyən mətbuat xidmətinin rəhbəri baş məşqçi postuna ən real namizədin yerli mütəxəssis Hacıağa Hacıəhmədov olduğunu qeyd etdi.

Əldə etdiyimiz məlumatlara görə isə, avstriyalı mütəxəssis millimizdə işini davam etdirmək üçün ağır şərtlər irəli sürüb. Bu səbəbdən onunla vidalaşmaq qərara alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə