Ağır Atletika Akademiyasının idman zalında kişilər və qadınlar arasında ağır atletika üzrə Azərbaycan çempionatı keçirilir. Siasport.az saytının məlumatına görə, Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkil etdiyi yarışın ikinci günündə körpücük üzərinə 69, 77 və 85 kiloqram çəki dərəcələrində kişi idmançılar çıxıblar.
Artıq 69 kiloqram çəki dərəcəsində qalib müəyyənləşib. London Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Valentin Xristov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Zülfüqar Süleymanov gümüş, Yuri Dudoqlao bürünc medala sahib olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB