Qazaxıstan millisi Azərbaycan karateçiləri ilə birlikdə məşqlər keçir
Qazaxıstanın böyüklərdən ibarət karate üzrə milli komandası dünya karatesinin favoritlərindən sayılan Azərbaycan idmançıları ilə birgə təlim-məşq keçir. Siasport.az saytının məlumatına görə, Azərbaycan karateçiləri ilə 10 günlük birgə hazırlıqlara bütün komponentlər - fiziki, texniki və taktiki məşqlər daxildir.
Ölkəmizə tam heyətlə gələn Qazaxıstan idmançılarını qarşıda Asiya çempionatı gözləyir. Küveytdə keçiriləcək məsul yarışa son hazırlıqlarını Azərbaycan milli komandası ilə keçirən qonaqlar Bakıdan birbaşa yarışa yollanacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB