Almaniya XXII Qış Olimpiya Oyunlarının medal sıralamasında liderliyini davam edirir MEDALLAR CƏDVƏLİ
Almaniya millisi XXII Soçi Qış Olimpiya Oyunlarının medal sıralamasında birinci pillədəki mövqeyini davam etdirir. Siasport.az saytının məlumatına görə, 88 ölkədən 2800-dən artıq idmançının qatıldığı Olimpiya Oyunlarında Almaniya millisinin hesabında 7 qızıl, 2 gümüş və 1 bürünc medal var.
Kanada yığması 10 medalla (4-4-2) ikinci, Norveç millisi isə 13 medalla (4-3-6) üçüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, artıq XXII Qış Olimpiya Oyunlarında 24 ölkədən idmançılar medal qazanıblar.
Olimpiya Oyunlarına fevralın 23-də yekun vurulacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB