18-20 fevral 2014-cü il tarixində Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Olimpiya çempionu B.M.Gureviçin xatirəsinə həsr olunmuş güləş üzrə beynəlxalq turnir keçiriləcək. Siasport.az saytının məlumatına görə, turnirdə yunan-Roma güləşi üzrə yeniyetmələrdən ibarət yığma komandamızın üzvləri də iştirak edəcək.
Yığma komandanın böyük məşqçisi Nurəddin Rəcəbov və məşqçi İslam Cəfərovun rəhbərliyi altında 10 güləşçimizin Moskvaya yollanması planlaşdırılır. Heyətdə Nofəl Babayev (42 kq), Pərvin Abdullayev (46 kq), Elgün Hüseynzadə (50 kq), Bəxtiyar Muradov (54 kq), İsrafil Yaqubzadə (58 kq), Arif Niftullayev (63 kq), Orxan Hümbətov (69 kq), Nicat Abdullayev (76 kq), Soslan Fanziyev (85 kq) və Cavid Feyziyev (100 kq) yer alacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB