Polşalı Yustina Kovalçik Soçidə klassik üslubla 10 kilometrədək xizəksürmə yarışında 2014-cü il Olimpiadasının qızıl medalına layiq görülərək ikiqat Olimpiya çempionu olub. Siasport.az saytının məlumatına görə, bazar günü Yustina pəncə sümüklərinin sındığına baxmayaraq, Soçidə çıxışlarını davam etdirəcəyini bildirməklə öz pərəstişkarlarını heyrətləndirib.
Olimpiadanın qalibi saniyəölçənini 28 dəqiqə 17,8 saniyə üzərində dayandırıb. İsveçli Şarlotta Kalla (+18,4) gümüş medal, norveçli Tereza Yoxauq isə (+28,3) bürünc medal qazanıb.
Y.Kovalçik "Facebook" sosial şəbəkəsindəki səhifəsində yerləşdirdiyi rentgen şəklinin altında belə bir yazı verib: "Bu mənim pəncəmin rentgen şəklidir. Çoxsəviyyəli sınıq. Bütün "ekspertləri" salamlayıram. Narahat olmayın. Yürüşü davam etdirəcəyəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB