"Atletiko"nun baş məşqçisi Dieqo Simeone, "La Gazetta dello Sport"a maraqlı açıqlamalar verib. Siasport.az saytı xəbər verir ki, argentinalı mütəxəssis üç turnirdə də mübarizə apardıqları üçün futbolçularının yorulduğunu deyib: "Komandam yorulub. Bu isə çoxlu oynamağımızdan irəli gəlir. Uduzmağımızında önəmli səbəbi budur. Heyətimiz geniş olmadığı üçün eyni oyunçulara daha çox şans verirəm". D.Simeone bildirib ki, iki oyunu "Real" kimi güclü bir komandaya uduzublar: "Yəni dünyanın ən güclüsünə məğlub olmaq normaldır. Hər klub bəzi vaxtlarda xal itkisi ilə üzləşə bilər. Çalışacağıq ki, bundan sonrakı matçlarda istədiyimiz nəticəni əldə edək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB