"Tottenhem"dən fantastik sponsorluq müqaviləsi

"Tottenhem"dən fantastik sponsorluq müqaviləsi

İngiltərənin "Tottenhem" klubu yüksək məbləğli müqaviləyə imza atıb. Siasport.az saytı xəbər verir ki, bu barədə ingilis futbol klubunun rəsmi saytı məlumat yayıb. Məlumata görə, "AİA" sığorta şirkəti Premyer liqa təmsilçisinin yeni forma sponsoru olub. 5 illik müqavilə imzalayan klub bu sözləşmədən 100 milyon avro qazanıb. Qeyd edək ki, "Tottenhem" yeni loqolu formanı bütün turnirlərdə geyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə