Polşa idmançısı XXII Qış Olimpiadasında qalib oldu

Polşa idmançısı XXII Qış Olimpiadasında qalib oldu

Soçidə keçirilən XXII Qış Olimpiya Oyunlarında idmanın daha bir növü üzrə mükafatçılar müəyyənləşib. Siasport.az saytının məlumatına görə, qadınlar arasında 10 kilometr məsafəyə xizək yürüşündə Polşa idmançısı Yustina Kovalçik bütün rəqiblərini qabaqlayıb. Atlet bu məsafəni 28 dəqiqə 17 saniyəyə qət edərək Olimpiya çempionu adını qazanıb.

Olimpiya Oyunlarının gümüş medalına isveçli Şarlotta Kalla, bürünc mükafatına isə norveçli Tereza Yoxauq sahib olub.

Bütün xəbərlər Facebook səhifəmizdə