"Qəbələ" "Xəzər Lənkəran"la oyunun hazırlıqlarınını davam etdirir

"Qəbələ" "Xəzər Lənkəran"la oyunun hazırlıqlarınını davam etdirir

"Qəbələ" - "Qarabağ" (0:1) matçının ardından 2 gün istirahət edən "qırmızı-qaralar" fevralın 11-dən etibarən növbəti - XXI turun hazırlıqlarını davam etdirir. Siasport.az saytının məlumatına görə, doğma divarlar arasında "Xəzər Lənkəran"ı qəbul edəcək "Qəbələ" matça gündəlik bir məşqlə hazırlaşır. Yuri Syominin rəhbərliyi altında baş tutan hazırlıq prosesinə komanda tam heyətlə qatılır. Heyətdə sarı və ya qırmızı kart cəzalısı yoxdur.

Xatırladaq ki, "Qəbələ" - "Xəzər Lənkəran" matçı fevralın 15-də, saat 15:00-da başlayacaq. Qarşılaşma "İdman Azərbaycan" telekanalı vasitəsilə canlı yayımlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə