Finalda “Real”-“Barselona” dueli olacaq!

Finalda “Real”-“Barselona” dueli olacaq!

Futbol üzrə İspaniya kubokunun yarımfinal mərhələsinin cavab oyunlarına yekun vurulub. Siasport.az saytı xəbər verir ki, son oyun günündə "Real Sosyedad" və "Barselona" komandaları üz-üzə gəlib. İlk görüşdə səfərdə rəqibinə 0:2 hesabı ilə uduzan "Real Sosyedad" klubu doğma meydanda həmin məğlubiyyətin əvəzini çıxmağa çalışsa da, bunu bacarmayıb. Bu oyunda rəqibi ilə 1:1 bərabərə qalan "Barselona" finala yüksəlib. Qeyd edək ki, İspaniya kubokunun finalında "Barselona" və "Real" (Madrid) klubları üz-üzə gələcək.

Bütün xəbərlər Facebook səhifəmizdə