Ramin Musayev: "İstəyirik ki, "Xəzər Lənkəran"ın ev oyunu canlı yayımlansa da, Lənkəranda baxmaq mümkün olmasın"
"İnterAz" televizyasında yayımlanan "Arena" verilişinin qonağı olan Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev maraqlı açıqlama verib. Siasport.az saytının məlumatına görə, aparıcı Rüfət Nadirlinin Premyer Liqa oyunlarının yayımı ilə bağılı verdiyi suala PFL prezidenti bu cür cavab verib: "Mən "Xəzər Lənkəran" rəhbərliyini dəstəkləyirəm. Lənkərandakı oyun canlı yayımlansa, stadiona azarkeş az gələcək. Belə olsa, oyun da maraqsız alınar. Mən televiziya rəhbərliyi ilə danışdım. İstəyirik ki, canlı yayım Lənkəranda olmasın. Yəni "Xəzər Lənkəran"ın ev oyunu canlı yayımlansa da, Lənkəranda baxmaq mümkün olmasın. Belə olan halda, bütün azarkeşlər oyunlara gələcək, digər ərazidə olan insanlar da canlı yayıma rahat baxa biləcəklər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB