“Xəzər Lənkəran” Adrian Pit, Rasim Ramaldanov və Ağabala Ramazanovu Qəbələyə aparmayıb

“Xəzər Lənkəran” Adrian Pit, Rasim Ramaldanov və Ağabala Ramazanovu Qəbələyə aparmayıb

Premyer Liqanın XXI turu çərçivəsində səfərdə "Qəbələ" klubu ilə qarşılaşacaq "Xəzər Lənkəran" dünən Qəbələyə yola düşüb. Siasport.az saytının məlumatına görə, komanda matç gününə qədər Qəbələdə hazırlıq keçəcək. Adrian Pit, Rasim Ramaldanov zədə səbəbindən, Ağabala Ramazanov isə cəzalı olduğundan səfərə aparılmayıb.

Xatırladaq ki, "Qəbələ" - "Xəzər Lənkəran" görüşü şənbə günü baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə